ABŞ-da ilk dəfə koronavirusdan hərbçi dünyasını dəyişib

ABŞ-da ilk dəfə koronavirusdan hərbçi dünyasını dəyişib
09:27 31 Mart 2020
137 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-da ilk dəfə yeni növ koroanvirusdan (COVİD-19) hərbçi dünyasını dəyişib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin müdafiə naziri Mark Esperin Pentaqonun saytında yerləşdirilən bəyanatında deyilir.

Qeyd edilir ki, Nyu-Cersi ştatından olan hərbçi marıtn 21-i koronavirus səbəbilə xəstəxanaya yerləşdirilib, martın 28-i isə dünyasını dəyişib:

"Bu, bizim hərbi cəmiyyətimiz üçün ağır itkidir, və biz onun ailəsinə, dostlarına, mülki həmkarlarına və bütün Milli Qvardiyaya başsağlığı veririk. Bu itki barədə xəbər bizi COVİD-19-un yayılmasının qarşısını almaq üçün müəssisələrərarası tərəfdaşlarımızla daha da yaxından işləmək üzrə qərarlığımızı gücləndirir".

Qeyd edək ki, federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan Con Hopkins Universitetinin məlumatına əsasən, ABŞ-da koronavirusa 163 429 nəfər yoluxub, 3 008 nəfər dünyasını dəyişib, 5 764 nəfər isə sağalıb.

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/837808.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR