Putinlə Tramp RAZILIĞA GƏLDİ: neft qiyməti...

Putinlə Tramp RAZILIĞA GƏLDİ: neft qiyməti...
09:43 31 Mart 2020
110 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ Prezidenti Donald Trampla Rusiyanın dövlət başçısı Vladimir Putin son telefon danışıqlarında qlobal neft böhranı ilə əlaqədar razılığa gəlib.

Publika.az xəbər verir ki, liderlər enerji bazarının sabitliyinin əhəmiyyətli olduğu mövzusunda fikir mübadiləsi edib.

Ağ Evin mətbuat katibi Cudd Dir Trampla Putinin qlobal iqtisadiyyatı canlandırma və koronavirusla mübarizə məsələlərində G20 ölkələrilə birlikdə işləyəcəyi ilə bağlı razılıq əldə etdiyini bildirib.

Görüşlə bağlı Kremldən verilən açıqlamada da Putin və Trampın neft bazarındakı mövcud vəziyyəti müzakirə etdiyi və bu istiqamətdəki razılıqlara energetika nazirləri vasitəsilə davam ediləcəyi qeyd olunub.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/region/309260.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR