x
Loading...

10:12 31 Mart 2020
20 Digər
Ölkə mətbuatı
A- A+
.

Çexiyada daha 184 nəfərdə koronavirus aşkarlanıb.
“Report” “Reuters”ə istinadən xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.
Beləliklə, Çexiyada koronavirus daşıyıcılarının rəsmi sayı 3 001-ə çatıb. Virusdan ölənlərin ümumi sayı 23, sağalanların sayı isə 25 nəfərdir.
Qeyd edək ki, Çexiya Mərkəzi Avropada koronavirusun ən çox yayıldığı ölkədir.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 200 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 785 000-i ötüb. Bunların 165 659 nəfəri sağalıb, 37 826 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/cexiyida-koronavirusa-yoluxanlarin-sayi-suretle-artir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR