Qusarda anasını öldürən şəxs saxlanılıb

Qusarda anasını qətlə yetirməkdə təqsirli bilinən oğul saxlanılıb.

Metbuat.az xəbər verir ki, 25 yaşlı Əhmədov Nail Hacağa oğlu rayonun Xürel kəndində gizlənib. Əmisinin tövləsində gizlənən N. Əhmədovun yeri barədə polisə əmisi məlumat verib. O, saxlanılaraq istintaqa təhvil verilib.

İlkin ehtimallara görə, cinayət qısqanclıq zəminində törədilib.

Faktla bağlı Qusar rayon prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR