x
Loading...
.

12:17 31 Mart 2020
15 Digər
Ölkə mətbuatı
A- A+
.

“Marneulinin qida məhsulları ilə təchizatı fasiləsiz olaraq həyata keçirilir”.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Marneulinin icra başçısı Zaur Darğallı jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, bələdiyyədə ərzaq qıtlığı problemi yaşanmır.
Z.Darğallı Marneuli və kəndlərdə vəziyyətin sabit olduğunu söyləyib: "Bank filiallarında insanların müəyyən sıxlığı müşahidə olunsa da, onlar arasında tələb olunan sosial məsafə təmin edilir".
Rayon rəhbəri əhali arasında koronavirusla bağlı məlumatlandırma kampaniyasının davam etdirildiyini də qeyd edib. O deyib ki, fövqəladə vəziyyət rejiminin tələb və qaydaları barədə sakinlərə məlumatlar gürcü dili ilə yanaşı, Azərbaycan və erməni dillərində də təqdim olunur.
Qeyd edək ki, Gürcüstan hökumətinin qərarı ilə Marneulidə martın 23-dən ciddi karantin rejimi tətbiq olunur. 

Xəbərin orijinal ünvanı: https://report.az/region/zaur-dargalli-marneulide-veziyyet-sabitdir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR