“Baku Fires” boksçuları “İtalia Thunder” kollektivinə qarşı

19:23 17 Yanvar 2015
107 Ölkə
Ölkə mətbuatı
A- A+


Quba, 17 yanvar, AzərTAc, Elxan Yusifli
Quba Olimpiya Kompleksində Azərbaycanın “Baku Fires” boks klubu ilə İtaliyanın “İtalia Thunder” kollektivi arasında görüş başlayıb.
AzərTAc xəbər verir ki, Dünya Boks Seriyasının (WSB) yeni mövsümünün ilk qarşılaşmasında “Baku Fires” klubunun boksçusu Məhəmməd İbiyevin (49 kq) rəqibi Pekin və London olimpiadalarının bürünc mükafatçısı Patrik Barnsdır.
Növbəti döyüşlərdə Məhəmməd Qurbanov (56 kq) Maykl Konlana, Heybətulla Hacəliyev (64 kq) Vinçenzo Mangiakapreyə, Nikolay Veselov Salvatore Kavallaroya, Əbdülqədir Abdullayev (91 kq) isə Fabio Turçiyə qarşı mübarizə aparacaq.
Azərbaycan komandası B qrupunda “İtalia Thunder”, “Astana Arlans”, “Argentina Condors”, “Caciques Venezuela”, “Puerto Rico Hurricanes”, “Rafako Hussars Poland” və USA Knockouts klubları ilə birlikdə yer alıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Baku_Fires_bokschulari_Italia_Thunder_kollektivine_qarsi-825577

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR