x
Loading...
.

​“Avromed” “Ahıllar evi”-ni tibbi vasitələrlə təmin edib

.

Azərbaycanda aparıcı əczaçılıq şirkətlərindən olan “Avromed Company” QSC bütün dünyada və ölkəmizdə yayılan yeni növ koronavirus (COVİD-19) infeksiyasına qarşı həyata keçirilən mübarizə tədbirləri çərçivəsində sosial aksiya təşkil edib.

Metbuat.az bildirir ki,üzərinə götürdüyü korporativ sosial öhdəliyini dərk edərək hər zaman sosial həmrəylik nümayiş etdirən “Avromed” yaşlı insanların koronavirusun risk qrupuna daxil olduğunu nəzərə alaraq Bilgəh qəsəbəsində yerləşən “Ahıllar evi”-nə yardım edib.

Şirkət əməkdaşları yaşlılar və pansionatda çalışan işçilər daxil olmaqla 300-dən çox insanın koronavirusdan qorunması və sağlamlıqlarının müdafiəsi məqsədilə onları tibbi maska, spirt və digər gigiyenik vasitələrlə təmin ediblər.

2002-ci ilin aprel ayında fəaliyyətə başlamış “Avromed Company” QSC dünyanın aparıcı əczaçılıq istehsalçılarının Azərbaycanda ən böyük idxalçısıdır. Şirkətin məqsədi Azərbaycan səhiyyə sisteminin müalicə və müayinə qurumlarını, özəl klinikaları və bütün vətəndaşları yüksək keyfiyyətli zəruri əczaçılıq məhsulları ilə təmin etməkdir.








Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR