Avstraliyada daha 4 körpədə koronavirus aşkarlandı

Avstraliyanın Viktoriya əyalətində daha 4 körpədə yeni növ koronavirus "Covid-19" aşkarlanıb.

Metbuat.az xəbər verir ki, məlumatı əyalətin səhiyyə məsələləri üzrə səlahiyyətlisi Cent Mikalos açıqlayıb. Bununla da bölgədə koronavirusa yoluxan körpə sayı 5 olub. Onun bildirdiyinə görə, əyalətdəki ümumi yoluxma sayı isə minə yaxınlaşıb.

Ölkədə ümumən 4 min 557 yoluxma qeydə alınıb. Avstraliyada virusdan ölənlərin sayı isə 19-dur.

Mənbə: bbc.com


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR