14:27 31 Mart 2020
13 Digər
Ölkə mətbuatı
A- A+

İranın Məşhəd şəhərində yenicə doğulmuş körpəyə COVID-19 diaqnozu qoyulub.
“Report” “Mehr”ə istinadən xəbər verir ki, bu barədə Məşhəd Tibb Elmləri Universitetinin əməkdaşı, həkim Əhməd Şah Fərhad açıqlama verib.
“Koronavirusa yoluxmaqda şübhəli bilinən bir ananın dünyaya gətirdiyi körpənin testi pozitivi çıxıb. Körpə 900 qram çəkidə doğulub. Uşaq ilk 24 saatda nəfəs çatışmazlığından əziyyət çəksə də, hazırda xüsusi dəstək olmadan nəfəs ala bilir”, - o bildirib.
Qeyd edək ki, İranda koronavirusa ilk yoluxma faktı fevralın 19-da Qum şəhərində qeydə alınıb. Ölkədə indiyədək 44 606 nəfərə koronavirus diaqnozu qoyulub. Pandemiya qurbanlarının rəsmi sayı 2 898 nəfərdir. 

Xəbərin orijinal ünvanı: https://report.az/region/yeni-dogulmus-korpede-koronavirus-askarlandi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR