Belarusda ilk ölüm qeydə alındı: Tanınmış aktyor öldü

Koronavirusa qarşı heç bir tədbir görülməməsi ilə diqqət çəkən Belarusda koronavirusdan ilk ölüm faktı qeydə alınıb.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, Belarus Akademik Milli Dram Teatrının aktyoru, əməkdar artist Viktor Daşkeviç koronavirus səbəbilə vəfat edib. Bu barədə 76 yaşlı aktyorun qızı açıqlama verib.

Qeyd edək ki, Belarus koronavirusa görə futbol oyunlarının dayandırılmadığı yeganə Avropa ölkəsidir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR