x
Loading...
.

“Ümumdünya dövləti” ideyası realdırmı? - Politoloq

“Ümumdünya dövləti” ideyası realdırmı? - Politoloq
15:05 31 Mart 2020
175 Dünya
Ölkə mətbuatı
A- A+
.

Hazırda dünyada hökm sürən başlıca siyasi tendensiya neoqlobalizmdir. Koronavirus pandemiyasının dünyada yaratdığı vəziyyət bir daha bu yöndə işlərin getdiyini göstərir. Bu gün siyasi sferada iki başlıca düşüncə hakimdir. Birincisi, koronavirus sonrası ölkələrdə milli dövlət ideyaları güclənəcək. İkincisi, koronavirus pandemiyası ölkələri vahid hökumət yaratmağa meyilləndirəcək.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri politoloq Qabil Hüseynli koronavirus pandemiyasının "ümumdünya hökuməti" ideyasını gündəmə gətirməsinə münasibət bildirərkən deyib. O bildirib ki, mövcud vəziyyət ölkələr üçün də bir keçid dövrüdür:

"Bu gün dünyada 220-dən artıq dövlət var. Bu ölkələr müxtəlif təşkilatlarda birlikdə fəaliyyət göstərirlər. Biz dəfələrlə dövlətlərin ortaq maraqlar çərçivəsində bir araya gəldiyini və ya əksinə, fərqli maraqlar naminə üz-üzə gəldiyini müşahidə etmişik. Koronavirus pandemiyasından öncə dünyada aktiv və dondurulmuş bir çox irili-xırdalı münaqişələr mövcud idi. Bu gün də əslində bu münaqişələr mövcuddur, sadəcə, hazırkı vəziyyətlə əlaqədar nisbi sakitlik hökm sürür".

Politoloq qeyd edib ki, ölkələr arasında bu qədər münaqişə olduğu halda vahid bir hökumətdə birləşmə utopiyadır:

"Bu gün belə bir düşüncə var ki, koronavirus pandemiyası sonrası dövlətlər tədricən vahid bir dünya hökuməti yaratmaq üçün addım atacaq. Düzdür, mövcud vəziyyət ölkələrin bir-birinə nə qədər ehtiyacı olduğunu bir daha sübut etmiş oldu. Koronavirus sonrası ölkələrin inteqrasiya prosesi güclənə bilər, lakin bu, onların bütün ambisiyaları kənara qoyub, vahid bir hökumət yaradacağı anlamına gəlmir".

Politoloqun fikrincə, pandemiya milli dövlət anlayışını gücləndirdi:

"Çünki hazırda koronavirus pandemiyasına görə ölkələr sərhədlərini bağlayıb içə qapanıblar. Bu isə milli dövlətlərin özünümüdafiə instinktindən irəli gəlir".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/837914.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR