Koronavirusla bağlı yeni fakt ortaya çıxdı: "Xəstələnmədən öncə..."

Koronavirus xəstələri pisləşməzdən əvvəl 'özümü yaxşı hiss edirəm' deyirlər

Metbuat.az xəbər verir ki, koronavirusdan 175 nəfərin öldüyü ABŞ-da həkimlər tədricən xəstəliyin mərhələlərini araşdırmağa başlayıblar. Həkimlər bildirirlər ki, xəstələr vəziyyətləri ağırlaşmadan öncə özlərini bir müddət yaxşı hiss edirlər.

Yəni Covid-19 diaqnozu qoyulmuş insanların vəziyyətlərinin qəflətən pisləşməsindən əvvəl simptomlarda fasilə yaranır. Xəstələr yüngül öskürək, baş ağrısı və çox da yüksək olmayan qızdırmadan şikayət edirlər.
Yeni Orleandakı Tulane Tibb Mərkəzində iyirmi korona virus xəstəsini müalicə edən ağciyər xəstəlikləri və reanimasiya həkimi Joshua Denson xəstəliyin ilk mərhələsini "yavaş yanma" adlandırıb.

Bazar günü NBC-yə açıqlama verən həkim Denson deyib ki, "Xəstələr bu siptomlar ilə sağalmadan və ya əslində xəstələnmədən təxminən bir həftə keçirirlər."
"Görünür, bədənin bu virusa qarşı mübarizə apardığı bir mərhələ var"

Həkimlərin dediyinə görə, qocalar və xroniki xəstələr risk altındadırlar.Koronavirusdan kritik xəstələrin əksəriyyəti piylənmə, yüksək təzyiq və şəkərli diabetdən əziyyət çəkir
Bununla birlikdə, həkimlər bir çox xroniki xəstəlikləri olmayan gəncləri də narahat olmağa xəbərdar etdilər. Yaşından asılı olmayaraq hər kəs virusa yoluxmamaq üçün rəsmi xəbərdarlıqlara riayət etməlidir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR