.

16:27 31 Mart 2020
13 Digər
Ölkə mətbuatı
A- A+
.

Dünyanın başı daha çox koronavirus bəlasına qarışıb. Bu infeksiyaya yoluxanların sayı bir milyona yaxınlaşır. Bu günlər də tarixə dönəcək. Dünyanı soyqırıma məruz qoyanlarla bağlı çoxlu mülahizələr irəli sürüləcək. Günahkarlar axtarılacaq, səbəblər araşdırılcaq. Təəssüf ki, bunu törədən, yaxud törədənlər konkret olaraq bilinməyəcək. Koronavirusun yaratdığı qırğın, maraqların toqquşması nəticəsində dünyanı bürüyən faciələrin (günhasız insanların öldürülməsi, qaçqınlıq) müəllifi yadda qalmayacaq. Heç bir çox hallarda onunla maraqlanmayacaqlar. Ancaq koronavirus bəlasını, soyqırımını yaradan, onu təşkil edən də yox deyil. Heç bir hadisə səbəbsiz və müəllifsiz baş vermir.
Yəhudilərin soyqırımını törədənlər Hitlerin rəhbərlik etdiyi faşistlər olub. Bunu dünya qəbul edib. Holokstdan 15-27 il əvvəl, 1918-ci il martın 30-dan aprelin 3-dək ermənilər Azərbaycanın müxtəlif bölgələrində azərbaycanlılara qarşı soyqırım törədiblər.
Kütləvi qırğınlar Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və başqa əraziləridə qeydə alınıb.
Rəsmi mənbələrə əsasən, soyqırımı nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, on minlərlə insan itkin düşüb. Yeri gəlmişkən, Birinci Dünya müharibəsindən əvvəl Bakının təxminən 200 000 əhalisi olub.
1998-ci ildən 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.


Bu soyqırımı ermənilər törədib. Onların arxasında kimin və hansı səbəbdən durduğu isə başqa söhbətin mövzusudur. Faktlar bu soyqırımını onların törətdiyini təsdiqləyir.
Tarixi faktlara diqqət edək: 1917-ci ildə Rusiyada baş vermiş oktyabr inqilabı nəticəsində Stepan Şaumyanın başçılıq etdiyi bolşevik Bakı Soveti Bakı quberniyasında hakimiyyəti ələ keçirmişdi. Etnik erməni olan və Britaniya hökumətindən milyon qızıl rubl məbləğində ilkin yardım alan Stepan Şaumyan Bakıda azərbaycanlılara qarşı bolşeviklərlə erməni millətçilərinin əməkdaşlığını təmin etmişdi. Bakıda rus və erməni silahlı dəstələri Azərbaycan əhalisini qarət etməyə başlayır. Soyğunçuluq, qarmaqarışıqlıq və özbaşına aхtarışlar ancaq azərbaycanlıların yaşadığı məhəllələrdə baş veririrdi...”.
1941-1945-ci illərdə Cənubi Azərbyacanda qurulmuş Azərbaycan Milli Hökumətinin başçısı Seyid Cəfər Pişəvəri “Bakıdakı ilk Sovet hökumətinin müqəddəratı” adlı məqaləsində yazırdı: “Mən daşnakların vəhşiliklərini, saysız-hesabsız günahsız adamların, хüsusilə bitərəf iranlıların öldürülüb karvansaraylarda meyitlərinin yandırılmasını öz gözümlə görmüşdüm. Bu çoх faciəli və nifrətləndirici bir hərəkət olmuşdu. Heç bir əsas və ünvan olmadan yalnız kin və ədavət üzündən daşnakların törətdikləri cinayət hər bir insanın ruhunu sıхıb kədərləndirirdi”.
Hətta daşnak silahlı dəstələri Nəriman Nərimanovun evinə də basqın edərək qardaşını həbs etmiş, özü isə qaçmaqla canını qurtarmışdı. Məhəmməd Əmin Rəsulzadə yazırdı: “Bu üzdəndir ki, Cümhuriyyətin qurulduğu sırada müsəlləh rus ordusu qüvvələrinə dayanan bolşeviklər, Azərbaycanın baş kəndi Bakını zəbt etdilər, türk-müsəlman əhali üzərində qətli yapdılar”.
Şaumyan 1918-ci il aprelin 13-də Rusiya Sovet Federativ Sosialist Respublikası Хalq Komissarları Sovetinə göndərdiyi məktubunda qeyd edirdi: “Martın 30-31-də və aprelin 1-də Bakı şəhərində baş vermiş vuruşmada bizim tərəfdən sovet qırmızı qvardiyası, təşkil etdiyimiz beynəlmiləl qırmızı ordu, qırmızı donanma və erməni milli hissələri vuruşurdular...
Həm yerli Sovetin, həm də buraya gəlmiş Qafqaz ordusunun qüvvələrini hərbi-inqilab komitənin səylərini birləşdirərək 6 000 nəfər yaхşı silahlı qüvvə təşkil edə bildik. “Daşnaksütyun”un da 3-4 min nəfərlik milli hissələri var idi, onlar da bizim iхtiyarımızda idi. Milli hissələrin iştirakı vətəndaş müharibəsinə qismən milli qırğın хarakteri vermişdi, lakin buna yol verməmək mümkün deyildi. Biz bilərəkdən buna yol verirdik. Müsəlman yoхsulları böyük zərər görmüşlər”. Bu, hadisənin müəlliflərindən biri, Şaumyanın etrafı idi. O məsələni sinfi mübarizə pərdəsi altında gizlətməyə çalışmışdı.


Bakıda azərbaycanlıların soyqırımını hələ başa çatmamış, bu qanlı qırğınları qəzalarda da həyata keçirməyə başlamışdılar. Bununla əlaqədar olaraq Nəriman Nərimanov yazırdı: “Lakin belə bir dəhşətli hadisədən sonra onun qəzalar üzrə həyata keçirilməsini davam etdirmək nəyə lazım idi".
Ermənilərin qətlə yetirdikləri arasında dövrün görkəmli Azərbaycan adamları və ictimai хadimlər də olmuşdu. Məsələn, şəhər başçısı Teymur Хudaverdov, birinci Dövlət Dumasının keçmiş üzvü Məmməd Tağı Əliyev və başqalarını göstərmək olar. Şamaхı şəhərinin müsəlman əhalisinə dəymiş maddi ziyanın ölçüsü, orta hesabla, bir milyard rubldan artıq təşkil edirdi. Ermənilər 1918-ci ilin mart – aprel aylarında Şamaхıya hücum zamanı 58 kənddə 1 653 qadın və 965 uşaq olmaqla 7 min nəfəri soyqırımına məruz qoymuşdu.
Martın 17-də Bakıya xəbər çatır ki, Şamaxıda müsəlman qırğınını bolşeviklərlə yanaşı ermənilər təşkil edib. “Azərbaycan” qəzeti Şamaxı qırğınında iştirak edən bolşevik-erməni silahlı birləşmələrinin sayını da göstərir: “Şamaxı mahalına bir qitə göndərilib, əhali məhv edilir. 4 min əsgərin yüzdə səksəni erməni olub”. "Hümmət" qəzeti o vaxt “Şamaxı əhvalı” başlıqlı məqaləsində yazırdı: “Şamaxı şəhəri bütünlüklə yanıb”.
Qubadakı kütləvi məzarlıq 102 il əvvəl baş verən tarixi faciəyə, soyqırımına dair inkaredilməz nümunədir.
Mart soyqırımından 74 il sonra həmin qüvvələr, ermənilər havadarları ilə birlikdə Azərbaycanın hazırda Ermənistanın işğalı altında olan Xocalı şəhərində yerli azərbaycanlılara qarşı soyqırımı törədib. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhəri işğal edilib. Əhalisi öz torpaqlarından qaçqın düşüb.
Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1 275 nəfər əsir götürülüb. Əsir götürülən 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.
1992-ci il aprelin 8-də Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdaban kəndi tamamilə erməni qüvvələri tərəfindən yandırılmış, kəndin 779 nəfər sakininə işgəncələr verilmişdi. 67 nəfər qətlə yetirilmiş, 8 nəfər 90-100 yaşlı qoca, 2 nəfər azyaşlı uşaq, 7 nəfər qadın diri-diri odda yandırılmış, 2 nəfər itkin düşmüş, 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdi.
Kənd əhalisinin bir hissəsi zorakılıqdan qaçıb canını qurtarmaq istəyərkən əvvəlcədən düzəldilmiş pusqularda qətlə yetrilmişdir.
1917-1918-ci illəri əhatə edən bu hadisələr zamanı ermənilər havadarlarının yardımı ilə Güney Azərbaycanda 200 minə yaxın Azərbaycan türkünün qətlə yetirdiyinə dair tarixi faktlar var.
Ermənilərin bu vəhşilikləri və işğalçılıq siyasəti indi də davam edir. Azərbaycanlıların qanı axıdılan torpaqlarda, Qarabağda separatçı rejim “seçkilər” keçirir.
Niyə ermənilər bu addımı ata bilir? Onların Azərbaycanda törətdikləri qanlı faciələrə, vəhşiliklərə dünyanın, ona ağalıq edənlərin göz yumması 102 il əvvəlki hadisələrin davamıdır. Həmin dünya özünü mədəni, beynəlxalq hüquqa hörmət edən kimi görünməyə çalışsa da, bu gün Qarabağda “seçkilər” oyunu onların xeyir-duası ilə keçirilir.
Koronavirus pandemiyası Qarabağdakı ermənilərin 102 il əvvəlki havadarları ilə birlikdə təşkil etdiklər şounun müşahidəsinə mane olub. Bildirilib ki, infeksiya 38 ölkə və tanınmayan bölgələrdən 140 müşahidəçi Xankəndinə gələ bilməyib.
Separatçılara başçılıq etmək uğrunda iki tərəf var: Rusiya ilə Qərb arasında çabalayan Nikol Paşinyanın tərəfdarları və moskvaçılar.
Ermənilər bu “tədbiri” 24 ildir keçirirlər. Başqa sözlə, mart soyqırımından 78, Xocalı soyqırımından 4 il sonra “seçkilər”ə başlayıblar. Bütün bu hadisələr beynəlxalq ictimaiyyətin, ATƏT-in Minsk qrupu və həmsədrlərin gözü qarşısında baş verir. Koronavirusun yayanı tapa bilməyən dünya bu tarixi faktları görə bilməkdə belə acizdir?


Əlbəttə, yox! Bu məsələ də virus kimi bir şeydir. Bir dəfə erməniləri yazıq, torpaqsız, haqları türklər tərəfindən tapdanan fikiri ilə yoluxdurub. Bu infeksiya müalicə olunmadığından xəstəlik davam edir. Çünki ermənilər ayılıb, sağalmaq istəyəndə yenidən yoluxdurulurlar. İnfeksiyanın mənbəyi hələ də qalır. Bu mənbələrdən biri Eçmiədzin kilsəsidir. Qeyd edək ki, Ermənistanda koronavirus da oradan yayılıb. Minsk qrupuna həmsədrlik edən ölkələr də infeksiya mənbəyi rolundadır. Bu ölkələrdəki erməni lobbisi və diasporu onlar üçün müalicə adı altında yeni virus hazırlayır. 10228 il əvvəl azərbaycanlılara qarşı törədilən soyqırımı, bu gün keçirilən “seçkilər” bir virusun simptomudur. Bunun adı ermənilikdir. Həmin virusla 200 il əvvəl erməniləri yoluxdurublar. Azərbaycan onlara vaksin vuraraq sağaltmağa çalışsa da, kilsə, lobbi, diaspor və havadarlar yeni mutant virusları etnik qrupu yoluxdururlar.
Bu gün Azərbaycanın işğal altıda olan Laçın rayonu Oğuldərə kəndinin yerli əhalisinin didərgin düşməsindən də 27 il ötür. Azərbaycan torpaqlarının işğaldan azad edilməsi Oğuldərə və daha neçə-neçə kəndlərin əhalisinin öz yurduna qayıtması ermənilik virusunun vaksinidir. 102 il əvvəlki xəstəliyin müalicə edilməsi dünyanın da xeyrinə olacaq. Əks halda bu virus bir zaman onu yayan ölkələri də bürüyəcək. Gürcüstanda Cavaxetiya hadisələri buna nümunə sayıla bilər. İranın Qərbi Azərbaycan və Şərqi Azərbaycan əyalətləri, Rusiyanın Şimali Qafqaz - Rostov-Don xətti və Voronejə qədərki ərazilər bu virusun qurbanı olacaq. Müalicə olunmazsa, Fransa və ABŞ-a gedib çıxacağı da istisna edilmir. Odur ki, beynəlxalq vasitəçilər “seçkilər”in qarşısını almağa borcludur. Bu həm də özləri üçün xilas yoludur.
Yeri gəlmişkən, bu gün Avropa İttifaqı və ABŞ qaçqın qəbul etməkdən qorxur. Rusiya isə bu problemi görməzdən gəlir. Hələ onların başını sığallayırlar. Separatçı rejim işğal altında olan ərazidə koronavirusa yoluxanın olmadığını bildirir. Ancaq “seçkilər” oyunundan sonra infeksiyanın onları məhv etdiyi barədə hay-küy salacaqları istisna edilmir. Onlar virusun adından istifadə edərək ianə toplamağa başlayacaqlar. Çünki əvvəllər də ermənilər təbii fəlakətlərdən sui-istifadə edib. Ona görə də “ermənilik virusu” hələlik ona himayədarlıq edənlərəd yoxdur, amma gələcək. Lap elə koronavirus kimi...













Xəbərin orijinal ünvanı: https://report.az/analitika/ermenilik-virusu-nun-toretdiyi-102-yasli-soyqirim-serh

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR