Gəncə 18 yaşlı oğlan bıçaqlanıb

Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.

Metbuat.az xəbər verir ki, hadisə şəhərin dəmir yolu vağzalının ərazisində qeydə alınıb. Belə ki, 2002-ci il təvəllüdlü Əliyev Anar Zaur oğlu kəsilmiş-deşilmiş bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib. O, dərhal əməliyyat olunub. Hazırda A. Əliyevin vəziyyətinin kafi olduğu bildirilir. Onun hansı səbəbdən bıçaqlanması məlum deyil. Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR