Bundesliqa növbəti dəfə təxirə salındı

Bundesliqa növbəti dəfə təxirə salındı
17:52 31 Mart 2020
145 Digər
Ölkə mətbuatı
A- A+

Koronavirus pandemiyasına görə dayandırılan Almaniya Bundesliqası aprelin 2-də bərpa olunmayacaq.
"Report" xəbər verir ki, bu barədə liqanın icraçı-direktoru Kristian Zayfert yerli mətbuata açıqlamasında bildirib.
Onun sözlərinə görə, çempionat aprelin 30-dək təxirə salınıb. Klublara aprelin 5-nə kimi məşq etməyə icazə verilməyəcəyini deyən Bundesliqa rəsmisi cari mövsümün ləğv olunma variantını da istisna etməyib.
Qeyd edək ki, Bundesliqa martın 13-də dayandırılmış, oyunlar aprelin 2-dək təxirə salınmışdı.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/bundesliqa-novbeti-defe-texire-salindi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR