17:57 31 Mart 2020
17 Digər
Ölkə mətbuatı
A- A+
.

“Ölkədə koronavirus pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən 44 min sahibkarlıq subyektində çalışan 304 min muzdlu işçilərin əməkhaqlarının ödənilməsi üçün birbaşa maliyyə dəstəyi proqramı diqqətinizə təqdim edilir. Bununla yanaşı, pandemiyadan zərərçəkmiş sahələrdə fəaliyyət göstərən 292 min fərdi sahibkarlara maliyyə dəstəyi proqramı da hazırlanıb”.
“Report” xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov Prezident İlham Əliyevin qəbulunda səsləndirib.
Nazir deyib ki, yuxarıda qeyd edilmiş hər iki proqramın başlıca şərti və vəzifəsi iş yerlərinin azaldılmamasına yönəldilib: “Proqramlar fərqli auditoriyalara, işçilərə, sahibkarlara ünvanlansa da, yanaşma olaraq həmin sahələrdə fəaliyyət göstərənlərə maliyyə dəstəyini təmin edir. Qısa müddətli likvidliliyi olmayan sahibkarlara və müəssisələrə öz fəaliyyətini davam etdirməyə və onların bir çox hallarda muzdlu işçilərin əməkhaqqının əhəmiyyətli hissəsinin ödənilməsi təklif edilir. Üçüncü proqram olaraq pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə vergi güzəştləri, imtiyazlar və tətilləri proqramıdır. 
Növbəti proqram pandemiyadan zərərçəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin mövcud kredit portfelləri üzrə kredit zəmanət dəstəyi proqramıdır. Bu daha da böyük həcmdə olan proqramdır, 1mlrd manatlıq vəsait ayrılacaq. Burada həm də Sahibkarlığın İnkişafı Fondunun vəsaitləri cəlb ediləcək. Hədəf biznes subyektlərinə dəstək verməkdir, eyni zamanda maliyyə-bank sektorunun kredit portfelinin sağlamlığının qorunub təmin edilməsidir. 
Həmçinin əhalinin maddi vəziyyətinin dəstəklənməsi üçün sosial paket təqdim ediləcək. Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi dəstək proqramının hazırda müzakirəsi aparılır. Bununla yanaşı, ipoteka və kredit zəmanət mexanizminə maliyyə dəstək proqramı növbəti istiqamət kimi müəyyənləşib. Burada da tikinti sahəsinin fəallığının genişləndirilməsi və əhali üçün hər zaman vacib olan mənzil probleminin həll edilməsinə böyük töhfə verməyinə güman edirik. Növbəti proqramın istiqaməti əhalinin kommunal ödənişlərə, ilk növbədə, elektik enerjisinə dəstək proqramıdır. İnsanlar daha çox evdə vaxt keçirdiyi üçün elektrik enerjisi sərfiyyatı artır. Burada limitlərin genişləndirilməsi təklif edilir. Sərnişindaşıma fəaliyyəti ilə məşğul olan şirkətlərə, müəssisələrə də dəstək proqramı hazırlanıb”.
Xatırladaq ki, global şokların Azərbaycana təsirini azaltmaq üçün hökumətin dəstək proqramı zərərçəkən 4 sektoru və 20 fəaliyyət istiqamətini əhatə edəcək. İqtisadiyyat nazirinin rəhbərliyi ilə İşçi qrupu sahələrin zərər çəkməsini üç dərəcədə qiymətləndirib: ən çox, əhəmiyyətli və minimal ziyan çəkən sahələr. Bu çərçivədə 9 proqram layihəsi işlənilir. 

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/olke-prezidenti-ve-iqtisadiyyyat-naziri-dovletin-destek-proqramlarini

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR