x
Loading...

Gürcüstanda sabiq erməni deputat həbs olundu

Gürcüstanda sabiq erməni deputat həbs olundu
18:37 31 Mart 2020
124 Digər
Ölkə mətbuatı
A- A+
.

Gürcüstan parlamentinin deputatı Enzel Mkoyana atəş açılması faktı ilə bağlı iki nəfər saxlanılıb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğundan bildirilib.
Onlardan biri sabiq deputat Samvel Petrosyan, digəri isə E.Mkoyanın 19 yaşlı qardaşı oğlu Armen Mkoyandır. Xuliqanlıq və atəş açmaqda ittimah olunan hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Günahları sübuta yetiriləcəyi təqdirdə onları 4 ildən 7 ilədək həbs cəzası gözləyir.
Qeyd edək ki, S.Petrosyan 2012-2016-cı illərdə parlamentin deputatı olub. O, hazırda Axalkalaki bələdiyyəsinin sakrebulo üzvüdür. 

Xəbərin orijinal ünvanı: https://report.az/region/gurcustanda-sabiq-ermeni-deputat-hebs-olundu

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR