"Goldman Sachs": ABŞ iqtisadiyyatında 34% azalma olacaq

"Goldman Sachs": ABŞ iqtisadiyyatında 34% azalma olacaq
19:37 31 Mart 2020
102 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-ın “Goldman Sachs” investisiya bankı bu ilin II rübündə ölkə iqtisadiyyatının ötən ilin eyni dövrü ilə müqayisədə 34% kiçiləcəyini proqnozlaşdırır.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə bankın hesabatında bildirilir.
Hesabata görə, bu ilin ortalarında ABŞ-da işsizlik səviyyəsi 15%-ə yüksələcək. 
Bununla belə, ekspertlər III rübdə ABŞ iqtisadiyyatının özünü bərpa edəcəyini və ümumi daxili məhsulun (ÜDM) 19% artacağını gözləyirlər: 
“Koronavirusun gəlir və xərclər üzərində uzunmüddətli təsirinin qalma riski olsa da, hesab edirik ki, Federal Ehtiyat Sistemi (FED) və hökumətin aqressiv siyasəti bu məsələdə həlledici olacaq”, - sənəddə qeyd olunub. 

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/goldman-sachs-abs-iqtisadiyyatinda-34-azalma-olacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR