Koronavirusdam sağalan futbolçu hər şeyi danışdı:

Koronavirusa yoluxan İtaliyanın "Sampdoriya" klubunun futbolçusu Manolo Qabbyadini sağalıb.

Metbuat.az xəbər verir ki, bu barədə futbolçunun özü yerli mətbuata açıqlamasında deyib.

29 yaşlı hücumçi bildirib ki, xəstəliyi yüngül formada keçirib: "Birinci gün hərarətim oldu, növbəti beş gündə isə xoşagəlməz öskürək var idi. Bu müddəti evdə keçirdim. Hər gün həkimlərlə danışırdım. Sonuncu testin nəticəsi mənfi çıxdı. Amma qaydalara görə, xəstəliyə qalib gəldiyimə tam əmin olmaq üçün daha bir sutka gözləməli, bundan sonra isə növbəti dəfə analiz verməliyəm".

Qeyd edək ki, Manolo Qabbyadini "Sampdoriya"da koronavirusa yoluxan ilk futbolçu olub. Ondan sonra daha 6 komanda yoldaşında virusun simptomları aşkarlanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR