Bu insanların İlahi rəhmətdən iki payları vardır

Bu insanların İlahi rəhmətdən iki payları vardır
20:37 31 Mart 2020
123 Maraqlı
Ölkə mətbuatı
A- A+

"Ey (Allaha və keçmiş peyğəmbərlərə) iman gətirənlər! Allahdan qorxun və Onun peyğəmbərinə (Muhəmmədə (s) ) iman gətirin ki, sizə Öz mərhəmətindən iki pay (bir pay ona iman gətirməyə görə, bir pay isə keçmiş peyğəmbərlərə iman gətirdiyiniz üçün) əta etsin, vasitəsi ilə yol (dünyada ictimai həyat yolunu, məhşərdə isə cənnət yolunu) getməyiniz üçün bir nur versin və sizi bağışlasın. Allah bağışlayan və mehribandır". ("Hədid" 28).

Təfsirçilərin nəzərinə görə, bu ayədə xitab olunan insanlar o xristianlar idilər ki, Həzrət İsadan (ə) sonra Həzrət Peyğəmbərə (s) iman gətirmişdilər. Ona görə də Allah onlara həm Həzrət İsa peyğəmbərə (ə) iman gətirməyin savabını verər və həm də Həzrət Muhəmmədə (s) iman gətirməyin.

Həzrət Peyğəmbərdən (s) gələn hədisdə oxuyuruq: "O xristianlar ki, mənə iman gətiriblər, rahibliyin haqqını əda ediblər". (Həvzəh)

Əlbəttə bu ayəni başqa cür də təfsir edirlər. O müsəlmanlar ki, həm Allaha və həm də Peyğəmbərə (s) iman gətiriblər, onların İlahi rəhmətdən iki payları olacaqdır.

Yuxarıdakı ayədən çıxartdığımız nəticələr:

1. Allaha iman bəsləmək üçün təqva olmalıdır.

2. Davamlı olaraq imanı dərinləşdirmək lazımdır.

3. Hər bir iman və təqva rəhmətin paylarındandır.

4. Təqvalı insan heç bir zaman çıxılmaz vəziyyətə düşməz.

5. Mömin günahdan məsum deyildir, ancaq təqvalıdır və təqva qalxanı ilə meydana gələr.

6. İlahi rəhməti qəbul etmək üçün irq, yaş, qəbilə meyar deyildir, iman və təqva meyardır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/837409.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR