Bir insan “görəsən, filankəslə evlənə biləcəyəm ya yox” niyyəti ilə təsbehlə istixarə etsə, düzgün sayılırmı?

Bir insan “görəsən, filankəslə evlənə biləcəyəm ya yox” niyyəti ilə təsbehlə istixarə etsə, düzgün sayılırmı?
23:22 31 Mart 2020
194 Maraqlı
Ölkə mətbuatı
A- A+

Dəfələrlə qeyd etdiyimiz kimi, halal olan istixarə ilə haram əməllərin (fal və s.) fərqini düzgün şəkildə başa düşmək lazımdır. İstixarə - məntiqi və rasional üsulla çıxış yolu tapılmadığı zaman hər hansı əməli etmək və ya etməmək barədə Allahdan cavab istəmək şansıdır. Bu zaman insan niyyət edir ki, filan işi görüm ya görməyim; əgər bu iş xeyirlidirsə, Allah mənə müsbət cavab versin, əgər ziyanlıdırsa, istixarə məni bu işdən çəkindirsin. İstixarə zamanı insan "gələcəkdə nə baş verəcək?" sualını qarşıya qoymur, konkret olaraq müəyyən əməlin ona xeyirli olub-olmadığını öyrənməyi niyyət edir.

Milli.Az islam.az-a istinadən bildirir ki, buna görə də istixarə halal sayılır. Amma sualda verilən şəkildə niyyət etmək gələcəyi öyrənmək cəhdidir, bu isə faldır və haram sayılır. Ümumiyyətlə, izdivac kimi məsələlərlə bağlı istixarə etmək düzgün deyil. Çünki bu işdə məntiqi düşüncə və müşahidə kifayət edər. İnsan evlənmək istədiyi şəxsi tanımalı, ailəsi ilə tanış olmalı, onların haqqında məlumat toplamalı, buna əsasən bu izdivacın uyğun olub-olmadığını aydınlaşdırmalıdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/837344.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR