.

23:22 31 Mart 2020
13 Digər
Ölkə mətbuatı
A- A+
.

“Bütün vətəndaşlarımızı dövlətin rəsmi qərarlarını əməl etməyə dəvət edirəm. Hesab edirəm ki, əgər biz karantin vəziyyətinin aylarla uzanmasını istəmiriksə, bu günə qədər pandemiyadan canını tapşıranlarla kifayətlənmək istəyiriksə, onda hamılıqla “evdə qal” kampaniyasına qoşulmalıyıq. Sosial təcridetmənin, virusun qarşısını almaq üçün cəmiyyəti, insanları xilas etmək üçün ən doğru yollardan biri olduğunu nəzərə almalıyıq və əməl etməliyik”.
“Report”un xəbərinə görə, bunu Milli Məclisin vitse-spikeri Adil Əliyev özünün “Facebook” səhifəsində yazıb.
Vitse-spiker bəzi insanların buna hələ də məsuliyyətsiz münasibət bəsləmələrinə təəssüf edib: “Hamımız dərk edirik ki, kasıb, az təminatlı, işləməyən insanlarla bağlı problemlər var və bu problemlər dövlətimizin, hökumətimizin nəzarətindədir. Sosial paketlər hazırlanıb paylanana qədər imkanlı şəxslər, iş adamları insanlarımızın yanında olmalıdır. Onlara maddi mənəvi dəstək verməlidirlər”.

Xəbərin orijinal ünvanı: https://report.az/milli-meclis/milli-meclisin-vitse-spikeri-vetendaslara-muraciet-etdi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR