x
Loading...

Adil Əliyev: Sosial paketlər hazırlanıb paylanana qədər imkanlı şəxslər, iş adamları insanlarımızın yanında olmalıdır

Adil Əliyev: Sosial paketlər hazırlanıb paylanana qədər imkanlı şəxslər, iş adamları insanlarımızın yanında olmalıdır
23:52 31 Mart 2020
299 Ölkə
Ölkə mətbuatı
A- A+

Sosial paketlər hazırlanıb paylanana qədər imkanlı şəxslər, iş adamları insanlarımızın yanında olmalıdır.

Milli.Az Trend-ə istinadən bildirir ki,  bunu Milli Məclisin vitse-spikeri Adil Əliyev "Facebook" səhifəsində yazıb.

Vitse-spiker bütün vətəndaşları dövlətin rəsmi qərarlarını əməl etməyə dəvət edib:

"Hesab edirəm ki, əgər biz karantin vəziyyətinin aylarla uzanmasını istəmiriksə, bu günə qədər pandemiyadan canını tapşıranlarla kifayətlənmək istəyiriksə, onda hamılıqla "evdə qal" kampaniyasına qoşulmalıyıq. Sosial təcridetmənin, virusun qarşısını almaq üçün cəmiyyəti, insanları xilas etmək üçün ən doğru yollardan biri olduğunu nəzərə almalıyıq və əməl etməliyik".

A.Əliyev bu məsələyə məsuliyyətsiz yanaşanlara təəssüf edib: "Hamımız dərk edirik ki, kasıb, az təminatlı, işləməyən insanlarla bağlı problemlər var və bu problemlər dövlətimizin, hökumətimizin nəzarətindədir. Sosial paketlər hazırlanıb paylanana qədər imkanlı şəxslər, iş adamları insanlarımızın yanında olmalıdır. Onlara maddi mənəvi dəstək verməlidirlər".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/838105.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR