''Düşünürəm ki, sonda biz daha güclü olacağıq '' -

Çin, İran ve Avropa ölkələrindən sonra koronavirus, ABŞ-da da yayılmağa başladı.

Metbuat.az xəbər verir ki, Prezident Donald Tramp, pandemiyanın başladığı günlərdə çok da virusun yayılmasına əhəmiyyət vermədi və beləliklə də hal-hazırda korornavirus bütün Amerikaya yayılmış vəziyyətdədir. Ölənlərin sayı 3 min 170, yoluxanların sayı isə 164 min 610 nəfərə çatıb. Belə bir vaxtda Amerikaya Rusiya yardım əlini uzatdı.

Rusiya Prezidenti Vladimir Putinin amerikalı həmkarı Donald Trampla telefon danışığı olduqca səmərəli və vaxt baxımından davamlı olub. Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Koronavirusla mübarizə çərçivəsində bizim ölkələrin tətbiq etdiyi qaydalara dair ətraflı fikir mübadiləsi aparılıb", - deyə Kremlin rəsmi nümayəndəsi bildirib.

Peskov Trampın yardım təklifini qəbul etdiyini, Rusiyanın ABŞ-a "tibbi ləvazimatlarla dolu böyük bir təyyarə" göndərdiyini bildirib.

Açıqlamanın ardından Tramp da bu yardım karvanına münasibətini bildirib.

" Çin bizə bir şey göndərib, əla idi. Rusiya da bizə tibbi ləvazimatlarla dolu çox-çox böyük bir təyyarə göndərib. Bu, çox xoş idi. Digər ölkələr də bizə bir çox şey göndəriblər, mən çox təəccübləndim.Düşünürəm ki, sonda biz daha güclü olacağıq. Biz bir çox şey öyrənmişik. Deməliyəm ki, bizim bir çox ölkələrlə əla münasibətlərimiz var.", - amerikalı lider Ağ Evdə koronavirus üzrə mətbuat konfransında çıxışı zamanı bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR