Putinlə görüşən həkim virusa yoluxdu -

Rusiya prezidenti Valdimir Putinin xəstəxanaya ziyarəti zamanı onu müşayət edən baş həkim Denis Protsenko koronavirusa yoluxub.

Metbuat.az xəbər verir ki, Ötən çərşənbə axşamı Denis Protsenko Rusiya lideri ilə görüşüb. Lakin 67 yaşlı Putin virusdan qoruyucu örtük geyinmədən Protsenko ilə söhbət aparıb.

Həkiminin virusa yoluxduğu məlum olandan sonra Putin təcili müayinədən keçirilib.

Kremlin sözçüsü Dmitri Peskov dərhal jurnalistlərə açıqlama verərək bildirib ki, Putinin səhhətində narahat olmaq üçün heç bir səbəb yoxdur.Peskov

"Hər şey yaxşıdır. Onun testinin nəticəsi neqativ çıxıb." deyə açıqlama verib.

Qeyd edək ki, Rusiyada koronavirusdan 18 nəfər həyatını itirib. 2377 nəfər virusa yoluxub.

Mənbə.Themoscovtimes.com


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR