ABŞ-da yeni koronavirusun səbəb olduğu pandemiyaya görə 100-200 minə qədər insan ölə bilər.
“Report” TASS-a istinadən xəbər verir ki, belə proqnozla Ağ Evin koronavirusun yayılması ilə mübarizə üzrə koordinatoru Debora Birks çıxış edib.
"Biz hardasa 100-200 min arası ölüm gözləyirik", - deyə o, Ağ Evdə jurnalistlər qarşısında çıxış edərkən deyib. Birks əlavə edib ki, proqnozlarında Nyu-York ştatının hakimiyyətindən alınmış bir çox məlumatlara əsaslanır.
Çərşənbə axşamı Nyu-Yorkun qubernatoru Endrü Kuomo bildirib ki, ştatda koronavirusa yoluxanların sayı 75,7 min nəfərə çatıb, 1 550 insan pandemiyadan ölüb.