Avtomobil dirəyə çırpıldı: yaralı var (FOTO)

Avtomobil dirəyə çırpıldı: yaralı var (FOTO)
19:36 17 Yanvar 2015
144 Ölkə
Ölkə mətbuatı
A- A+

Qazaxda 28 yaşlı sürücü idarəetməni itirərək "VAZ 21 06" markalı avtomobilini elektirik dirəyinə çırpıb.

Hadisə Bakı-Qazax-Gürcüstan avtomobil yolunun Qazax rayonu ərazisində baş verib.

Qəza zamanı sükan arxasında olan Xeyrimli kənd sakini Elvin Abbasov ağır bədən xəsarətləri alaraq Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.

Qəza baş verən əraziyə baxış keçirən yol polisi əməkdaşları hadisəyə ilkin səbəb kimi sürücünün düzgün manevr etməməsini göstəriblər.

Həkimlər xəstəxnaya yerləşdirlən sürücünün vəziyyətini orta-ağır qiymətləndirirlər.

Faktla bağlı araşdırma aparılır.





RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR