Vladimir Bazanov: "Belarusda vəziyyət kritik deyib, çempionat davam edir"

Vladimir Bazanov: "Belarusda vəziyyət kritik deyib, çempionat davam edir"
10:12 1 Aprel 2020
171 Digər
Ölkə mətbuatı
A- A+

Belarus Futbol Federasiyasının sədri Vladimir Bazanov çempionatın koronavirus pandemiyası kontekstində davam etdirilməsi barədə qərarı şərh edib.
“Report” “Pressbol” nəşrinə istindən xəbər verir ki, Bazanov stadionlarda infeksiyaya qarşı mübarizə tədbirləri barədə də danışıb.
O, vəziyyətin kritik olmadığını deyib: “Buna görə də çempionatı davam etdiririk. İkinci turda 500 litr antiseptik aldılar və stadionlara apardılar”.
Federasiya rəhbəri bildirib ki, hər şeyi insanlar özləri başa düşməlidir: “Əllərini yumalı, tez-tez antiseptik istifadə etməli və asqırmamalıdırlar. Heç kim bizə təzyiq etmir, nə UEFA, nə də FIFA. Qərarı veririk və bütün çempionatı oynayacağımızı demirik. Hər hansı bir kritik vəziyyət yaranarsa, çempionatı dayandıracağıq”. 
Qeyd edək ki, hazırda Avropada Belarusdan başqa bütün ölkələrdə liqalar koronavirusa görə dayandırılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/belarusda-veziyyet-kritik-deyib-cempionat-davam-edir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR