Gürcüstanın baş infeksionistinin oğlu koronavirusdan sağaldı

Gürcüstanın baş infeksionistinin oğlu koronavirusdan sağaldı
10:37 1 Aprel 2020
141 Digər
Ölkə mətbuatı
A- A+

Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri, baş infeksionist Amiran Qamkrelidzenin oğlu Nikoloz Qamkrelidze koronavirusdan sağalıb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə o, özünün “Facebook” səhifəsində bildirib.
N.Qamkrelidze xəstəxananı tərk etdiyini və özünütəcriddə qalacağını yazıb.
Qeyd edək ki, bu günə qədər Gürcüstanda 115 nəfər koronavirusa yoluxub ki, onların 22-si sağalıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/gurcustanin-bas-infeksionistinin-oglu-koronavirusdan-sagaldi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR