Antalyada təlim-məşq toplanışını davam etdirən "Xəzər Lənkəran" bu gün 3-cü yoxlama oyununu keçirir.
ANS PRESS-in məlumatına görə, baş məşqçi Elbrus Məmmədov komandasını Ukrayna klubu ilə oyunda sınayır.
Belə ki, "Xəzər Lənkəran" Zaporojye "Metallurq"u ilə qarşılaşır.
Qeyd edək ki, 1935-ci ildə yaradılan "Metallurq"a hazırda Oleq Taran başçılıq edir. Zaporojye təmsilçisi qış fasiləsinə 11-ci pillədə yollanıb.
İlk yoxlama oyununda “Təkirdağspor”la 2:2 hesablı heç-heçə edən “Xəzər Lənkəran” ikinci matçında Almaniya III Bundesliqa təmsilçisi “Çemnitzer”ə uduzub - 0:2. Lənkəranlılar yanvarın 21-də "Nürnberq"lə (Almaniya) qarşılaşacaq. Ayın 25-dəki rəqib isə hələ bəlli deyil.
Antalya
Yoxlama oyunu
17 yanvar
19.00 Xəzər Lənkəran (Azərbaycan) - Metallurq (Ukrayna)
Xəzər Lənkəran: Tərlan Qasımzadə, Ruslan Cəfərov, Elvin Mirzəyev, İlyas Səfərzadə, Tural Cəlilov, Elşən Rzazadə, Alfred Sanko, Rahid Əmirquliyev, Elnur Cəfərov, Sadio Tounkara, Ağabala Ramazanov.
Hakimlər: Ramil Diniyev, Rahil Ramazanov, İsgəndər Əliyev.