Gürcüstanda vətəndaşların kommunal xərclərini dövlət ödəyəcək

Gürcüstanda vətəndaşların kommunal xərclərini dövlət ödəyəcək
12:42 1 Aprel 2020
170 Dünya
Ölkə mətbuatı
A- A+

Gürcüstanda aylıq 200 KvS-dan az elektrik enerjisi və 200 m3-dən az təbii qaz istifadə edən vətəndaşların kommunal xərcləri dövlət tərəfindən ödəniləcək.

Milli.Az-ın APA-ya istinadən məlumatına görə, bu barədə Baş nazir Giorgi Qaxaria Qurumlararası Koordinasiya Agentliyinin iclasında məlumat verib. Bildirib ki, güzəşt mart, aprel və may ayları üçün nəzərdə tutulub. Bundan başqa, vətəndaşların su və təmizlik xərcləri də dövlət tərəfindən qarşılanacaq. 

Baş nazir əlavə edib ki, hökumət əlavə olaraq 2 milyard lari həcmində iqtisadi yardım paketi hazırlayıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/838231.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR