ABŞ prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putinin telefon danışığının ardından Rusiya koronavirusla mübarizə üçün ABŞ-a tibbi yardım göndərib.
Metbuat.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi ABŞ-a göndərilən tibbi ləvazimatların görüntülərini paylaşıb. Paylaşılan görüntülərdə bir təyyarədə yüzlərlə tibbi ləvazimat qutularının olduğu görülür.
Maraqlıdır ki, Rusiya ABŞ-ın sanksiya tətbiq etdiyi ölkələrdən biridir.