Səudiyyə Ərəbistanı neft hasilatını artırır

Səudiyyə Ərəbistanı neft hasilatını artırır
15:07 1 Aprel 2020
117 Digər
Ölkə mətbuatı
A- A+

Səudiyyə Ərəbistanı aprel ayı üzrə gündəlik neft tədarükünü 12,3 mln. barelə çatdırır.
“Report” xarici KİV-ə istindən xəbər verir ki, fevral ayında isə bu göstərici 9,7 mln. barel/gün olub.
Mart ayının ilk üç həftəsində Səduiyyə Ərəbistanı gündəlik 7 mln. barel neft ixrac edib. Mart ayının dördüncü həftəsində isə gündəlik neft ixracı 9 mln. barelə yüksəlib.
Qeyd edək ki, OPEC+ sazişi çərçivəsində mart ayının əvvəlində razılığın əldə olunmamasından sonra Səudiyyə Ərəbistanı neftin satış qiymətində kəskin endirim edib.
OPEC+ ölkələri üzrə gündəlik neft hasilatının 1,7 mln barel azaldılması ilə bağlı 2019-cu ilin dekabrın 6-da imzalanmış “Əməkdaşlıq Bəyannaməsi”nin icrası ötən gün başa çatıb. OPEC-ə üzv və bəzi qeyri-OPEC ölkələri neft hasilatının azaldılması ilə bağlı sazişdə 2016-cı ildən əməkdaşlıq edib.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/seudiyye-erebistani-neft-hasilati-artirir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR