"2 metrlik məsafə saxlamaq mənasızdır, virus havada saatlarla qalır və..." -

ABŞ-ın Massaçusets Texnologiya İnstitutunun araşdırmaçısı Ludia Boroubianın apardığı araşdırma maraqlı faktları ortaya çıxarıb.

Metbuat.az xəbər verir ki, Ludia Boroubia koronavirusa yoluxmamaq üçün lazım olan 1.5 metrlik məsafə saxlamaq qaydası düzgün deyil:

"Öskürək və asqırmaq vasitəsi ilə bu viruslar 7-8 metr uzağa gedə bilir".

Boroubia bildirib ki, 1.5 metr məsafə saxlamaq qaydası 1930-cu illərdən qalma bir qaydadır. O həmçinin, virusun saatlarla havada qala biləcəyini de deyib. Hazırlanan hesabatda qeyd edilir:

"Çində aparılan araşdırmalarda virus parçacıqları hətta koronavirus xəstələrinin otağındakı havalandırma sistemində tapılıb".

Mənbə: HaberGlobal


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR