Bakıda ərzaq məhsullarının satışında artım qeydə alınıb

Bakıda ərzaq məhsullarının satışında artım qeydə alınıb
15:22 1 Aprel 2020
Ölkə mətbuatı
A- A+

2020-ci ilin yanvar-fevral aylarında Bakıda ticarət dövriyyəsinin həcmi 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 5,2 faiz artaraq 3 milyard 249,9 milyon manat olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müfaviq dövrü ilə müqayisədə 6,7 faiz artaraq 1 milyard 535,6 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 5,1 faiz artaraq 1 milyard 714,3 milyon manata bərabər olub.

İstehlak məhsullarının 34,0 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 19,8 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 46,2 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/economy/838161.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR