x
Loading...

Zaur Darğallı: “Marneulidə koronavirus geniş yayılmayacaq”

Zaur Darğallı: “Marneulidə koronavirus geniş yayılmayacaq”
15:37 1 Aprel 2020
122 Digər
Ölkə mətbuatı
A- A+
.

“Marneulidə tibbi yoxlamadan keçirilənlərin sayı 95 min nəfərə çatıb”.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə rayonun icra başçısı Zaur Darğallı brifinqdə bildirib.
Onun sözlərinə görə, 45 nəfərdə yüksək hərarət qeydə alınıb: “On nəfər şübhəli simptomlarla tibbi nəzarətə götürülüb və onların heç birində koronavirus təsdiqlənməyib”.
Z.Darğallı qeyd edib ki, ötən gün koronavirus diaqnozu qoyulan Marneuli sakininin təmasda olduğu bütün şəxslər müəyyən edilib: “Onların sayı çox deyil və hamısı özünütəcriddədir”.
Tibbi yoxlamanın yaxın günlərdə başa çatacağını vurğulayan rayon rəhbəri Marneulidə təkrar müayinənin keçiriləcəyini bildirib: “Marneulidə bugünkü vəziyyət ümidvericidir və əhali koronavirusun geniş yayılması ilə üzləşməyəcək”.

Xəbərin orijinal ünvanı: https://report.az/diaspor/zaur-dargalli-marneulide-koronavirus-genis-yayilmayacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR