Azərbaycan həkimləri Türkiyə universitetində koronavirusla əlaqədar təlim keçəcək

Azərbaycan həkimləri Türkiyə universitetində koronavirusla əlaqədar təlim keçəcək
15:52 1 Aprel 2020
344 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin Ege Universiteti bu ölkədə işləyən azərbaycanlı həkim və tibb işçilərinə koronavirusla əlaqədar təlim keçəcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu universitetin rektoru Necdet Budak deyib.

Rektor bildirib ki, təlimlər Azərbaycan tərəfinin Türkiyənin Səhiyyə Nazirliyinə müraciəti əsasında keçiriləcək:

"Türkiyənin müxtəlif tibb müəssisələrində işləyən Azərbaycan vətəndaşları olan həkimlər və tibb işçiləri 1-14 aprel tarixlərində Ege Universitetində təlim keçəcək. Təlimdən sonra həmin şəxslər aprelin 14-də Azərbaycana yola salınacaq və burada tibb işçilərinə infeksiya nəzarəti, xəstə baxımı, təşkilatçılıq kimi məsələlərlə bağlı 3 aylıq təlimlər təşkil edəcək".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/838209.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR