Elektronikanın “Wi-Fi” vasitəsilə şarjı üçün ideya təklif edilib

Elektronikanın “Wi-Fi” vasitəsilə şarjı üçün ideya təklif edilib
16:35 1 Aprel 2020
Ölkə mətbuatı
A- A+

"Wi-Fi" siqnalı göndərən istənilən qurğu, həmçinin teraherslik dalğalar yayır. Amerikalı mühəndislər bu dalğaları məişət cihazlarının şarjında istifadədə uyğun gələn sabit cərəyana çevirmək üçün cihaz hazırlamaq barədə düşünüblər.

 

"ICTnews" Elektron Xəbər Xidməti "hightech.plus" saytına istinadən yazır ki, teraherslik şüa elektromaqnit spektrindəki infraqırmızı dalğalar və mikrodalğalar arasında yerləşən yüksəktezlikli dalğalardan ibarətdir. "Wi-Fi" siqnalı göndərən qurğular daxil olmaqla bir çox elektron cihazlar bu şüanı yayır. Lakin hər şey göründüyü kimi asan deyil. Massaçusets Texnologiya Universitetinin mütəxəssisləri tərəfindən hazırlanmış metod bu çətinlikləri aradan qaldırmaq üçün maraqlı imkan təklif edir, amma bu, hələ ki sınaqdan keçirilməsinə ehtiyac olan bir ideyadır.

 

"Biz teraherslik spektrdə elektromaqnit dalğalarla əhatə olunmuşuq – tədqiqatın aparıcı müəllifi Hiroki İsobe deyib. Əgər biz bu enerjini gündəlik həyatda istifadə edə biləcəyimiz mənbəyə çevirə bilsək, o zaman bu, enerji böhranı problemini həll etməyə kömək edəcək".

 

Emil Hüseynov


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-67427-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR