“Regional İnkişaf” İctimai Birliyi və BDU sosial aksiya keçirdi

“Regional İnkişaf” İctimai Birliyi və BDU sosial aksiya keçirdi
17:27 1 Aprel 2020
137 Digər
Ölkə mətbuatı
A- A+

Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi və Bakı Dövlət Universiteti (BDU) birgə sosial aksiya keçirib. 
Ali təhsil müəssisəsindən "Report"a verilən məlumata görə, kampaniya ölkəmizdə koronavirusun yayılmasının qarşısınn alınması üçün görülən tədbirlərə, təşkil olunan yardım aksiyalarına, ölkə rəhbərliyinin çağırışlarına dəstək məqsədi ilə təşkil olunub.
Yardım aksiyası çərçivəsində Bakı şəhərinin müxtəlif ərazilərində yaşı 65-dən yuxarı olan xüsusi risk qrupuna aid 100 şəxsə müxtəlif ərzaq məhsullarından ibarət sovqat paylanılıb.
Yardım alanlar ölkədə hökm sürən sabitlik və əmin-amanlıqdan razılıqlarını ifadə ediblər, karantin günlərində onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Aksiya zamanı yardım olunanlara Koronavirus (COVID-19) infeksiyasının ölkədə yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkədə elan edilən xüsusi karantin rejiminin qaydaları bir daha xatırladılıb.







Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/regional-i-nkisaf-i-ctimai-birliyi-sosial-aksiya-kecirdi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR