Ərdoğan vətəndaşlardan evlərini tərk etməmələrini xahiş edib

Ərdoğan vətəndaşlardan evlərini tərk etməmələrini xahiş edib
17:42 1 Aprel 2020
202 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə koronavirusa yoluxan və xəstəlikdən həyatını itirən şəxslərin sayını açıqlayıb.

APA-nın "Hürriyyət"ə istinadən verdiyi xəbərə görə, Türkiyə Prezidenti bildirib ki, dünən axşama olan məlumata əsasən, ölkədə 13 531 nəfər koronavirusa yoluxub.

Onun sözlərinə görə, virusdan ölənlərin sayı 214 nəfərdir.

"Vətəndaşlarımızdan mümkün olduğu qədər evlərini tərk etməmələrini xahiş edirəm. Hər bir vətəndaş könüllü karantində qalsa, sərt tədbirlər qəbul etməyimizə ehtiyac qalmaz", - Ərdoğan qeyd edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/838340.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR