x
Loading...

17:57 1 Aprel 2020
8 Digər
Ölkə mətbuatı
A- A+
.

UEFA-nın bu gün quruma üzv olan milli assosiasiyalarla keçirdiyi videokonfransda çempionatların başa çatdırılmasının vacibliyi vurğulanıb.
"Report"un məlumatına görə, bu barədə İspaniyanın AS nəşri xəbər yayıb.
Bildirilib ki, qitə futbol qurumu hətta növbəti mövsümün vaxtının qısaldılması hesabına cari çempionatların yekunlaşmasının tərəfdarıdır.
UEFA bu mövsümü xilas etmək üçün bütün federasiyalara kömək etmək niyyətindədir.
Bundan başqa, federasiyalar müstəqil şəkildə mövsümün bitməsi və ya davam etməsi barədə qərar verə bilərlər. Yeganə şərt odur ki, onlar UEFA-nı vaxtında xəbərdar etsinlər və avrokuboklarda hansı komandaların iştirak edəcəyi barədə məlumat versinlər.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/bu-movsum-mutleq-basa-catdirilmalidir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR