x
Loading...
.

Prezident bu qurumların səlahiyyət və vəzifələrini artırdı -

.

“Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Nizamnaməsi”ndə dəyişiklik edilib.

Metbuat.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb. Fərmanla Dövlət İmtahan Mərkəzinin vəzifəsi artırılıb. Nizamnamədə qeyd olunub ki, DİM müasir informasiya texnologiyaları tətbiq etməklə, tələbələr və magistrlər haqqında informasiya resurslarını formalaşdırır və onların analitik təhlilini aparır. Fərmanla müəyyənləşib ki, bundan sonra DİM peşə təhsili, orta ixtisas təhsili və ali təhsil müəssisələrini bitirmiş gənclərin uçotunu elektron qaydada aparacaq.

İlham Əliyevin başqa bir fərmanı ilə Azərbaycan Respublikası Prezidentinin “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” fərmanında dəyişiklik edilib. Qeyd olunub ki, “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikası Qanununa əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən gənclərə tibbi yardımın göstərilməsi, fiziki və reproduktiv sağlamlığın təmin edilməsi sahəsində tədbirlər həyata keçirilir.

Fərmanda edilən dəyişikliyə əsasən, həmin müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini gənclərə tibbi yardım göstərmək sahəsində tədbirlər həyata keçirilməsinə münasibətdə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, fiziki və reproduktiv sağlamlığın təmin edilməsi sahəsində tədbirlər həyata keçirilməsinə münasibətdə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və yerli icra hakimiyyəti orqanları Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə birlikdə həyata keçirəcəklər.

Qeyd edək ki, bundan əvvəl müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini gənclərə tibbi yardım göstərmək sahəsində tədbirlər həyata keçirilməsinə münasibətdə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, asudə vaxtın təşkili sahəsində tədbirlər həyata keçirilməsinə münasibətdə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və yerli icra hakimiyyəti orqanları həyata keçirirdilər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR