"Dəhşətli ağrılarım var, dərman ala bilmirəm" - Könül Xasıyeva

"Dəhşətli ağrılarım var, dərman ala bilmirəm" - Könül Xasıyeva
18:22 1 Aprel 2020
Ölkə mətbuatı
A- A+

Şəkiyə gəlmişdim, karantin elan olundu burada qaldım. Düşündüm ki, elə həyət evində qalmaq yaxşıdır. Anamın yanındayam, oğlum Kazım da, mən də evin içindəyik. Küçəyə çıxmırıq, heç kimlə ünsiyyət qurmuruq. Çalışırıq virusdan uzaq qalaq. Uşaq həyətə düşür, oynayır.

Milli.Az bildirir ki, bu sözləri axşam.az-a açıqlamasında Xalq artisti Könül Xasıyeva deyib. Xanəndə koronavirus infeksiyasından qorunmaq üçün bütün yaxınları ilə ünsiyyəti kəsdiyini söyləyib:

"Marketə qardaşım gedir. Nə alıb gətirirsə, spirtləyirik. Özüm də bütün günü əlimi yuyur, spirt vururam".

Onurğa iflicindən əziyyət çəkən Xasıyeva son günlər güclü ağrıları olduğunu bildirib:

"Dəhşətli ağrılarım başlayıb. Müalicəm davam edir. Amma dərman almaqda çətinlik çəkirəm. Süni qiymət artımı edilib, maddi cəhətdən dərman almaq çətinləşib. İndi də səsimdən hiss edirsiniz, danışa bilmirəm". 

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/838350.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR