"Maşın sürüb özlərini göstərməlidilər" - Qadınları tənqid etdi

"Maşın sürüb özlərini göstərməlidilər" - Qadınları tənqid etdi
18:37 1 Aprel 2020
Ölkə mətbuatı
A- A+

Əməkdar artist Mətanət İsgəndərli maşın sürən qadınları tənqid edib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, müğənni bu haqda "Hüseynova bacıları" verilişində deyib. Aparıcılar proqram zamanı aktrisa Xəyalə Quliyevanın avtomobil qəzası keçirdiyini deyiblər.

İsgəndərli isə xəbərə sərt reaksiya verərək, xanımların maşın sürməsini pisləyib:

"Sürə bilmirsən niyə sürürsən? Bilsələr də, bilməsələr də otururlar sükan arxasına, təki maşın sürsünlər. Mən maşın sürmürəm, ölmürəm ki...

Sürərəm ey, amma canımı çox istəyirəm. Bunlar maşın sürüb özlərini göstərməlidilər".

Mətanət daha sonra maşın sürməyin ən böyük arzusu olduğunu deyib:

"İki arzum var: biri maşın sürmək, digəri arıqlamaq. Gedəcəm plastik əməliyyata".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/838355.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR