"Koronavirusdan ancaq belə qorunmaq olar" - Firəngiz Mütəllimova

"Koronavirusdan ancaq belə qorunmaq olar" - Firəngiz Mütəllimova
18:58 1 Aprel 2020
Ölkə mətbuatı
A- A+

"İnsanlarla ünsiyyət zamanı virusa yoluxmamaq üçün bir metr məsafəni qorumaq lazımdır".

Bu sözləri Teleqraf.com-a açıqlamasında Xalq artisti Firəngiz Mütəllimova deyib.

O, karantin dövründə evdə oturduğunu və çölə çıxmadığını bildirib: "Doğmalarımla, əzizlərimlə görüntülü danışıram. Hərə öz evindədir. Bu, müvvəqətidir və birtəhər dözmək lazımdır. Hamı evdə qalmalıdır. Bu virusdan ancaq belə qorunmaq olar. Yalnız vacib olan təqdirdə çölə çıxmaq lazımdır. Maska, əlcək, spirtdən istifadə etmək vacibdir. Evdə də oturanda əlləri spirtləməliyik. Mən də əllərimi tez-tez yuyuram, spirt vururam".

Xalq artisti onu da deyib ki, koronavirusa qeyri-ciddi yanaşmaq olmaz: "Bu virusu qeyri-ciddi qəbul edənlər mənə çatmırlar. Axı, onu necə qeyri-ciddi qəbul etmək olar?!

Virusdan ölən şəxsin adını necə açıqlamaq olar? Bunu bəzi nüanslara görə gizli saxlamalıdırlar. Bu xəstəlik var və bütün dünyada yayılıb. Dünyada pandemiya elan edilib.

Əgər belədirsə bunu necə qeyri-ciddi qarşılamaq olar?

Bu virus ilk vaxtlar yayılmağa başlayanda mənə kino kimi gəlirdi, inana bilmirdim. Amma indi ciddi qəbul edirəm. Allah eləməsin, bir nəfər nə qədər insanı yoluxdurur. Həkimlərin dediklərinə qulaq asmalı və tövsiyələrə əməl etməliyik. Özümüzü və doğmalarımızı ancaq belə qoruya bilərik".


Xəbərin orijinal ünvanı: https://publika.az/news/magazin1/309462.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR