x
Loading...

UEFA Avropa çempionatlarının final mərhələlərini ləğv etdi

UEFA Avropa çempionatlarının final mərhələlərini ləğv etdi
20:42 1 Aprel 2020
113 Digər
Ölkə mətbuatı
A- A+

17 yaşadək futbolçulardan və 19 yaşadək qadınlardan ibarət milli komandalar arasında müvafiq olaraq may və iyul aylarında keçirilməli olan Avropa çempionatlarının final mərhələləri ləğv olunub.
“Report”un UEFA-nın saytına istinadən məlumatına görə, bu barədə qərar qurumun İcraiyyə Komitəsinin bugünkü iclasında qəbul olunub.
Həmçinin 17 yaşadək qadınlardan və 19 yaşadək futbolçulardan ibarət yığmalar arasında may və iyul aylarına nəzərdə tutulan Avropa çempionatlarının final mərhələləri qeyri-müəyyən müddətədək təxirə salınıb. 
Hər iki turnir dünya çempionatına təsnifat xarakteri daşıyır.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/uefa-avropa-cempionatlarinin-final-merhelelerini-legv-etdi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR