Kanadada koronavirusa yoluxanların sayı kəskin artdı

Kanadada koronavirusa yoluxanların sayı kəskin artdı
20:57 1 Aprel 2020
75 Digər
Ölkə mətbuatı
A- A+

Kanadada koronavirusa yoluxanların sayı 7 708-dən 9 017 nəfərə yüksəlib.
“Report” “Reuters”ə istinadən xəbər verir ki, ölkədə daha 16 nəfər koronavirusun qurbanı olub.
Beləliklə, Kanadada pandemiyadan ölənlərin rəsmi sayı 105-ə çatıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 203 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 903 500-ü ötüb. Bunların 190 660 nəfəri sağalıb, 45 320 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/kanadada-koronavirusa-yoluxanlarin-sayi-keskin-artdi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR