"Qala Sığorta"nın xalis mənfəəti 18% artıb

"Qala Sığorta"nın xalis mənfəəti 18% artıb
21:02 1 Aprel 2020
130 Digər
Ölkə mətbuatı
A- A+

"Qala Sığorta" ASC 2019-cu ili 1,338 milyon manat mənfəətlə xalis başa vurub.
"Report" şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2018-ci ilə nisbətən 18,1% çoxdur.
Ötən il "Qala Sığorta"nın gəlirləri 31,022 milyon manat (illik müqayisədə 45,9% çox), xərcləri 29,317 milyon manat (47% çox), mənfəət vergisi ödəmələri isə 0,367 milyon manat (96,1% çox) təşkil edib.
Bu il yanvarın 1-nə “Qala Sığorta”nın aktivləri 31,548 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 54,55% çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 81,6% artaraq 21,804 milyon manata, balans kapitalı isə 15,9% artaraq 9,744 milyon manata çatıb.
Xatırladaq ki, "Qala Sığorta" 1999-cu ildən fəaliyyət göstərən "Çartis Azərbaycan" şirkətinin bazasında yaradılıb. Onun nizamnamə kapitalı 8,05 milyon manatdır. Şirkətin səhmləri 100% "AzReTəkrarsığorta" ASC-yə (“Qala Həyat Sığorta” ASC-nin 91,11%-lik səhmdarı) məxsusdur. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/qala-sigorta-nin-xalis-menfeeti-18-artib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR