"Qala Həyat Sığorta"nın xalis mənfəəti 55% artıb

"Qala Həyat Sığorta"nın xalis mənfəəti 55% artıb
21:12 1 Aprel 2020
88 Digər
Ölkə mətbuatı
A- A+

"Qala Həyat Sığorta" ASC 2019-cu ili 2,621 milyon manat mənfəətlə xalis başa vurub.
"Report" şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2018-ci ilə nisbətən 55,2% çoxdur.
Ötən il "Qala Həyat Sığorta"nın gəlirləri 18,189 milyon manat (illik müqayisədə 21,7% az), xərcləri 14,915 milyon manat (29,5% az), mənfəət vergisi ödəmələri isə 0,652 milyon manat (70,1% çox) təşkil edib.
Bu il yanvarın 1-nə “Qala Həyat Sığorta”nın aktivləri 35,892 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 4,9% azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 27,2% azalaraq 12,403 milyon manata düşüb, balans kapitalı isə 13,5% artaraq 23,489 milyon manata, o cümlədən nizamnamə kapitalı 1,3% artaraq 13,042 milyon manata çatıb.
Xatırladaq ki, “Qala Həyat Sığorta” 2008-ci ildə yaradılıb. Şirkətin səhmdarları "AzRe Təkrarsığorta" ASC və “Quna" MMC-dir. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/qala-heyat-sigorta-nin-xalis-menfeeti-55-artib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR