Koronavirus məşhur alimin həyatına son qoydu

Koronavirus məşhur alimin həyatına son qoydu
21:47 1 Aprel 2020
334 Dünya
Ölkə mətbuatı
A- A+

HİV virusuna qarşı araşdırmaları ilə tanınan dünyaşöhrətli Cənubi afrikalı professor Gita Ramcii Covid-19-dan dünyasını dəyişib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu yaxınlarda İngiltərədən Cənubi Afrikaya qayıdan alim pnevmoniya əlamətləri ilə KvaZulu-Nata bölgəsindəki xəstəxanaya yerləşdirilib. Ramcii müalicə alsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Cənubi Afrikada indiyədək koronavirusdan 5 nəfər dünyasını dəyişib. 1353 nəfər isə yoluxub.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/838369.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR